1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, bu qərarın lehinə 240 deputat səs verib.
Qeyd edək ki, Kuleba iclasda iştirak etməyib və hesabat verməyib.
"Sədr dedi ki, nazirin iştirak etməmə səbəbi biz deyilik", - deyə Jeleznyak yazıb.
Qeyd edək ki, əvvəlki gün bu səsvermə baş tutmamışdı.