AZ

Manukyandan revanşist iddia: Sülh sazişi heç nəyi həll etməyəcək

İndiki hökumət üçün məzmun yox, başlıq önəmlidir. Baş nazir Nikol Paşinyan “sülh sazişi” adlandırılan boş sənədə imza atmağa hazırdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdə olan “Hayastan” fraksiyasının üzvü, revanşist siyasətçi Geqam Manukyan deyib.

Manukyan Paşinyanın “sülh müqaviləsinin 17 bəndindən 13-nün razılaşdırıldığı və sənədin razılaşdırılmış hissəsinin imzalana biləcəyi” barədə bəyanatına təpki göstərib.

Manukyanın sözlərinə görə, qanunla müxalifətin sənədin məzmunu ilə tanış olmaq hüququ olsa da, hakimiyyət bir neçə ay əvvəl etiraz qüvvələrini bu imkandan məhrum edib və buna görə də Paşinyanın razılaşdığı məqamları təxmin etmək kifayət qədər çətindir. “Yalnız nə ilə tanış ola bildiyimizi deyə bilərəm. Sənədin layihəsində razılaşdırılmış bəndlər öz əksini tapmışdı ki, bunlar ümumən deklarativ xarakter daşıyır. Lakin xüsusi olaraq hər iki ölkəyə şamil edilən, lakin razılaşdırılmamış əsas təməl nöqtələr də olub. Bu bəndlərin hansı hissəsinin qaldığını və Paşinyanın nəyi imzalamağa hazır olduğunu indidən söyləmək mənim üçün çətindir”, – deyə deputat bildirib.

Mnukyanın fikrincə, tərəflərin bəyanatlarına əsasən, yalnız kommunikasiyalar məsələsinin sülh müqaviləsindən çıxarıldığını güman etmək olar. Bundan başqa beynəlxalq məhkəmələrdən iddiaların qarşılıqlı geri götürülməsi ilə bağlı müddəa da çıxarıla bilər.

Erməni siyasətçiyə görə, çoxlu qeyri-müəyyənlikləri ehtiva edən sənədin imzalanması ehtimalı yüksəkdir. Lakin bu sabit və yekun sülhün əldə olunmasını təmin etməyəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
musavat.com

1Mənbələr