AZ

Hansı dairədən YAP-çı namizəd seçilməyib?... – MSK-nın maraqlı seçki tablosu

1 sentyabrda baş tutmuş növbədənkənar parlament seçkilərinin bəzi dairələr üzrə maraqlı nəticələri var. Onlardan biri də hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin qalib gəldiyi əksər dairələrdə ikinci yeri müxalifətdən olan namizədlərin tutmasıdır. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) iqtidar partiyasının bu seçkidə 68 deputatını lider namizəd elan edib.

Hansı seçki dairələrində YAP qeyri-rəsmi şəkildə bitərəflərə stavka edib, yaxud konstruktiv müxalifət partiyalarının namizədlərinə şərait yaradıb, orada ikinci nəticə göstərib. Hakim partiya müxalifətdəki rəqbiblərinin onu heç bir dairədə üstələməsinə, necə deyərlər, razı olmayıb.

Məsələn, 22 saylı Nəsimi seçki dairəsində Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə 8180 səs alıb, YAP-ın namizədi Xaliq Hüseynov 3024 səslə ikinci yeri tutub. Bu dairədən əsas namizədlərdən biri, REAL sədri İlqar Məmmədov bitərəf namizəd Cahandar Bayoğlundan sonra 933 səslə 4-cü yerdə gəlir.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində isə YAP namizədi qalib elan edilib. Belə ki, Məlahət İbrahimqızı 5822 səslə birinci, Ağ Partiyanın sədri Tural Abbaslı isə 2536 səslə onun əsas rəqbi olub.

17 saylı Yasamal üçüncü seçki dairəsindən də iqtidar partiyasının namizədi deputat seçilməyib. Bu dairədə YAP-ın namizədi Zaman Məmmədov 2260 səslə bitərəf namizəd Göydəniz Qəhrəmanova uduzub. MSK Müsavat Partiyasının əsas simalarından olan BDU-nun professoru Nüşabə Sadıxlının 358 sayla 5-ci yeri tutduğunu elan edib. Göründüyü kimi, bu dairədə də hakim partiya “ikinciliyi” əldən verməyib.

Qeyd edək ki, bəzi seçki dairələrində bu qeyri-rəsmi ardıcıllıq pozulub, bəzi hallarda YAP-ın namizədi qalib gəlsə də onun rəqibləri bitərəflərdən olub. Bu da həmin dairələrdən müxalifətdən güclü namizədlərin irəli sürülməməsi ilə bağlıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
azpolitika.info

2Mənbələr