Yeni hesabata görə, Z nəslinin kişi və qadınlarının asudə vaxt fəaliyyətlərində əhəmiyyətli fərqlər ortaya çıxıb.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, qadınların sosial mediada, kişilərin isə daha çox onlayn oyunlarla vaxt keçirdiyi məlum olub.
"TikTok" və "Pinterest" kimi proqramlar qadınlar arasında daha populyar olsa da, kişilər "Reddit" və "X" (keçmiş Twitter) kimi platformalara üstünlük verirlər.
Bundan əlavə, qadınların "Instaqram"dan kişilərdən daha çox istifadə etdiyi müşahidə edilib. Məlum olub ki, Z nəsli kişilərinin 77 faizi həftədə ən azı bir dəfə konsol oyunları, 67 faizi isə kompüter oyunları oynayır.
Ülkər Abdurahmanlı