AZ

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı bu sənədi təsdiqlədi

Ermənistan hökuməti Bakı ilə sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlum olduğu kimi, avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar.

“Müddəa həmçinin Ermənistanın dövlət sərhədinin beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi haqqında sazişin imzalanmasından sonra (komissiyaların işinin nəticələrinə əsasən) iki ölkə arasında prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutur təhlükəsizliyin, eləcə də sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün hüquqi təminatlarından biridir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ermənistan və Azərbaycan tərəfindən avqustun 30-da imzalanmış sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə yaxın vaxtlarda Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinin əsas qanununa uyğunluğunun yoxlanılması üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək.

Birgə fəaliyyətlə bağlı əsasnamənin iyulun 1-də razılaşdırılması planlaşdırılsa da, bu proses 30 avqustda yekunlaşdı.

Seçilən
147
33
ekologiya.az

10Mənbələr