Avqustun 17-də vəziyyəti pisləşdiyinə görə reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayev evə buraxılıb.
Bu barədə "Cebheinfo.az"-a açıqlamasında vəkil özü məlumat verib.
O bildirib ki, dünəndən evə buraxılıb:
"Hazırda yaxşıyam. Vəziyyətimi yaxşılaşdırmaq üçün çox sayda antibiotik vurulmuşdu, buna görə bir qədər nitqdə problemlər yaranmışdı. Amma artıq nitqim da düzəlib, normaldır. Səhhətim də yaxşılaşmağa doğru gedir.
Güman edirəm ki, növbəti həftənin bazar günündən sonra yenidən işə çıxacağam".
Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qurban oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub.
Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb.