AZ

Qəzzadakı soyqırıma görə Netanyahu məsuliyyət daşıyır - Hakan Fidan

Qəzzada soyqırımın əsas məsuliyyətini İsrailin baş naziri Benyamin Netanyahunun özü daşıyır.Missiya.Az "STAR"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Skopyedə Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Mucunski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Netanyahu hakimiyyətdə qalmaq naminə ölüm və dəhşət saçmağa davam edir. O bütün atəşkəs cəhdlərini sabotaj edir. Beynəlxalq ictimaiyyət Netanyahunu dayandırmalıdır. Qırğına səssiz qalmaq, bu cinayətin ortağı olmaqla eynidir", - H. Fidan vurğulayıb.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
missiya.az

1Mənbələr