AZ

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İyul ayında Azərbaycanda fəaliyyət göstərən bankların əmanət portfeli 4.1% artıb. Əmanət portfelinin 59.1%-i (8,067.7 mln. manat) müddətli əmanətlərdən ibarət olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil edib.

Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyul ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2.7 faiz bəndi azalaraq 33.7% təşkil edib. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 12 milyard 429 milyon manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
132
banco.az

1Mənbələr