AZ

Kraliça Kral Çarlzın səhhətilə bağlı xəbərləri təkzib etdi

Kraliça Kamilla aylar sonra ilk dəfə Kral Çarlzın səhhəti ilə bağlı açıqlama verib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İngiltərə kraliçası xərçəng mərkəzindəki xəstələrlə görüşü zamanı Kral Çarlzın səhhətilə bağlı sualları cavablandırıb.
 
O, aylardır xərçəng xəstəliyi ilə mübarizə aparan Kral Çarlz haqqında yayılan fərziyyələri təkzib edib.
 
\"Kral Çarlzın səhhəti çox yaxşıdır. Müalicəsi ilə bağlı istirahət edir\" - deyə kraliça bildirib.

Qeyd edək ki, fevral ayında xəstəliyi aşkarlanan monarxın müalicəsi davam edir.
 
Ölkədə Çarlzın bir müddət əvvəl vəziyyətinin ağır olduğu, ailədə daxili çəkişmələrə görə gizlədildiyi barədə şayələr yayılmışdı.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
azxeber.com

2Mənbələr