AZ

Ali Rada iki naziri istefaya göndərdi

Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, qərarın lehinə 240 deputat səs verib.

Qeyd edək ki, Kuleba iclasda iştirak etməyib və hesabat verməyib.

"Sədr dedi ki, nazirin iştirak etməmə səbəbi biz deyilik", - deyə Jeleznyak yazıb.

Jeleznyak, həmçinin İrina Vereşçukun Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası məsələləri üzrə nazir vəzifəsindən istefasının Ali Rada tərəfindən təsdiqləndiyini bildirib.

Onun sözlərinə görə, qərarın lehinə 255 deputatı səs verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
71
3
milli.az

4Mənbələr