"Barselona"nın braziliyalı vingeri Rafinya karyerası ərzində qarşılaşdığı problemlərdən danışıb.
Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:
"Səylə çalışır və peşəkar futbolçu karyerası qurmaq istəyirsənsə, ruhdan düşməməlisən. Mənim ağ bayraq qaldırmaq, futbolu atıb öz həyatıma davam etmək üçün çox səbəblərim olub. Bu, səni darmadağın edən sənətdir. Elə gün olub ki, evə gəlmişəm və ertəsi məşqə gedib-getməyəcəyimi dəqiq bilməmişəm. Elə "Barselona"da çıxış etdiyim dönəmdə də ağladığım vaxtlar olub. Psixoloqla işləyirəm. Bunun nə dərəcədə önəmli olduğunun fərqindəyəm. Öz qayğına qalmırsansa, futbol səni bitirir. Ruh düşkümlüyünə qapılmaq və heç nəyi ciddiyə almamaq çox asandır".
Qeyd edək ki, cari mövsüm La Liqada 4 matça çıxan Rafinya 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat