"Beşiktaş"ın baş katibi Kaan Şakul İdman Arbitraj Məhkəməsinin kluba 1,4 milyon avro cəriməlidiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, cərimənin səbəbi keçmiş baş məşqçi Valerien İsmailin və ulduz futbolçu Raşid Gezzalın menecerlərinə ödənilməyən komissiya haqqıdır.
Klub rəsmisi bu vəziyyəti "Beşiktaş" üçün ciddi maliyyə yükü kimi qiymətləndirərək, prosesin klub üçün böyük çətinliklər yaratdığını vurğulayıb.