Qubada keçirilən 12 yaşadək futbolçular (U-12) arasında "Ulduz Cup" beynəlxalq turnirində 5-8-ci yerlər uğrunda oyun keçirilib.
Prosport.Az-ın xəbərinə görə, B qrupunun sonuncusu "Qarabağ" A qrupunun 3-cüsü Şimali Kirpə 0:3 uduzub.
A qrupunun sonuncusu olmuş Quba Olimpiya İdman Kompleksinin komandası ilə Qusarın "Metak" komandası əsas vaxtda 3:3 oynayıb. Penaltilərdə meydan sahibləri 3:2 qalib gəlib.
Beləliklə, 5-6-cı yerlər uğrunda Quba OK ilə Şimali Kipr qarşılaşacaq. Sonuncu olmamaq üçün isə "Qarabağ"la "Metak" üz-üzə gələcək.
Qeyd edək ki, qrupda "Qarabağ"la "Metak" 1:1 heç-heçəyə razılaşmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta