AZ

Fransa özünü çoxdan ÜFUNƏTƏ SALIB... - Min bir parfüm sıxsan da, faydası yoxdur...

"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın diplomatiya idarəsinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavabında bildirib.Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sanki Fransa bir formada Azərbaycanı qaralayıb.“Əvvəllər Azərbaycan ərazisi işğal altında olduğu zaman manipulyasiya edib, onun işğaldan azad olunmasına imkan vermirdi. Daha sonra tarixi torpaqlarımız işğaldan azad olundu. Fransa Ermənistanı silahlandırmağa və Azərbaycanın daxili işlərinə qarışmağa başladı. Bunu da Avropa İttifaqı üzərindən etməyə çalışırdı. Cənubi Qafqaz əlindən çıxdığı üçün Ermənistanı silahlandırmaqla yanaşı çalışır ki, Azərbaycanı ləkələsin. Avropa Şurası və Avropa İttifaqı da, digər qurumlar da Azərbaycana qarşı ciddi bir antiAzərbaycan kampaniyası aparır.Azərbaycan nə Fransa vətəndaşlarını, nə fransızların özlərini bu və digər formada heç vaxt hansısa bir cinayət əməli yoxdursa, saxlayıb sorğulamır. Onlar da digər ölkələrin vətəndaşları kimi bizim qonağımızdır. Turist kimi gəlirlər, gedirlər. Fransanın etdiyi bu anlaşılmaz davranış tək Azərbaycana qarşı deyil. Fransa Türkiyəfobiya və islamofobiyadan irəli gələn davranışlar sərgiləyir. Fransa Ermənistanı dəstəkləməklə bərabər, açıq şəkildə Azərbaycanın mövqeyini zəiflətməyə çalışır”-deyə politoloq bildirib.Samir Hümbətov qeyd edib ki, qarşıdan COP 29 tədbiri gəlir və bunu etməklə, əslində Azərbaycanı gözdən salmağa çalışır. Politoloq hesab edir ki, bu cür hərəkətlərlə Fransa beynəlxalq gücə çevrilmək və impiçment yaratmaq istəyir. Bu da Fransaya böyük bir zərbə olmaqla yanaşı, həm də Fransa-Azərbaycan əlaqələrinə böyük zərbədir: “Belə hallar yaxın gələcəkdə Afrikadan qovulduğu kimi digər regionlardan da elə qovulmasına gətirib çıxaracaq.Samir Hümbətovun sözlərinə görə, Fransanın burada digər məqsədi müstəmləkəsi altında olan koloniyalarda olanlara öz haqlarını tələb etməsi məsələsində Azərbaycanın dəstəyinə qarşı "cavab" verməkdir.“Fransa həmin məsələyə cavab olaraq bunu etməyə çalışır, müxtəlif variantlar axtarır. Bu baxımdan düşünürəm ki, Fransanın etdiyi bu hərəkət Azərbaycan-Fransa əlaqələrinə böyük balta vurdu. Bundan sonra da bu proses davam edəcək. Amma beynəlxalq birlik artıq Fransanın şantaj mərhələsinə keçdiyini bilir. Bu səbəbdən də, belə hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən xoş qarşılaşmaya bilər” deyə politoloq bildirib.

Seçilən
87
dia-az.info

1Mənbələr