Sentyabrın 5-də Ukrayna Ali Radası (parlament) Andrey Sibiqanın ölkənin xarici işlər naziri vəzifəsinə təyin edilməsinə səs verib. Bu barədə Ukrayna mətbuatı səsvermədə iştirak edən deputatlara istinadən məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Məlumata görə, bu qərarın lehinə 258 deputat çıxış edib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski yeni xarici işlər nazirinin təyin edilməsi ilə bağlı parlamentə təklif təqdim edib. Dövlət başçısı bu vəzifəyə Andrey Sibiqanı təklif edib. Müvafiq qərar layihəsi Ali Radanın saytında dərc olunub.
Andrey Sibiga 1 yanvar 1975-ci ildə Ternopil vilayətinin Zboriv şəhərində anadan olub. İvan Franko adına Lvov Dövlət Universitetini bitirib. 1997-ci ildə diplomatik vəzifələrdə işləməyə başlayıb.
Ukrayna Ali Radası sentyabrın 5-də keçirilən plenar iclasda xarici işlər naziri Dmitri Kulebanın istefasını da dəstəkləyib.
P.ƏMİRCANOV
XQ