AZ

Tofiq Abbasov: Əminəm ki, COP29-la bağlı heç bir problemimiz olmayacaq- ÖZƏL

"Biz artıq öyrəşmişik, Azərbaycan paytaxtında, ölkəmizdə keçən vacib əhəmiyyətli hadisələrin ərəfəsində xarici mərkəzlər, ermənipərəst qüvvələr həmişə bir qayda olaraq Azərbaycana qarşı qara piar kampaniyalarını həyata keçirməyə başlayırlar və qayə, məqsəd ondan ibarətdir ki, Azərbaycana problemlər yaratsınlar, digər tərəfdən də psixoloji durumumuza neqativ təsir göstərsinlər". 

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:

"Eləcə də gözlənilən hadisələrlə bağlı qayğılı bir vəziyyət yaratsınlar. Ancaq istər Avroviziya tədbiri, istər Formula 1, dünya çempionatları və s. zamanı onların yaranan reaksiyalarına öyrəşmişik. Qarayaxma kampaniyaları isə heç nəyi dəyişmir. Bizim işlək vəziyyətimizi onlar poza bilməzlər. Digər tərəfdən biz öz işlərimizi düzgün qaydada qururuq, təşkilatçılığımız, intellektual yanaşmamız və nəhayət burada Prezident İlham Əliyevin qətiyyəti var. Bu amillər hamısı üst-üstə gələndə görürük ki, ölkəmizin hazırlığı həddən artıq böyükdür və bu istiqamətdə də bizim ümidverici ehtiyatlarımız var. İstər kadr potensialı, maliyyə resursları, texniki, texnoloji resurslar və s. Bunların hamısı ilə bağlı biz həmişə tədbirli oluruq və təşkilatçılığımız da özünü yüksək səviyyədə büruzə verir. Əminəm ki, COP29-la bağlı heç bir problemimiz olmayacaq. Yalnız Azərbaycana nifrət nümayiş etdirən, Ermənistan üzərindən qazandığımız qələbəni həzm edə bilməyən bəzi ölkələr çalışacaqlar ki, ya gəlməsinlər, ya da üçüncü, dördündü dərəcəli emissarlarını göndərsinlər. Bizim üçün problem deyil. Bu Azərbaycanın tədbiri deyil, sadəcə Azərbaycanda yer alır. Bu dünya tədbiridir və qlobal iqlim təhlükə altındadır. Azərbaycan əlindən gələni edir ki, tədbirdə çox işgüzar, sağlam mühit olsun, digər tərəfdən deyilən fikirlər hamısı bütün iştirakçılar tərəfindən eşidilsin və nəhayət Azərbaycan paytaxtında da tarixi bir konfrans keçirilsin ki, iqlimlə bağlı konsensus yaransın. Bəzi ölkələrin arasında ciddi ixtilaflar var. Onlar bir-birlərini ittiham edirlər ki, siz daha çox karbon qazları atırsınız, zərərli maddələri havaya verirsiniz və s. Burada problemlər çoxdur. Ermənistan kimi ətraf-mühitə bilərəkdən ziyan vuran qüvvələr var. Bunların hamısı ilə bağlı çox predmetli müzakirələr, dinləmələr, çıxışlar olmalıdır, diskussiyalar getməlidir. Azərbaycan bu istiqamətdə həmişə böyük təcrübə ilə çıxış edir və göstərir ki, məqsədləri düzgün anlaya bilir, mahiyyət etibarilə elə bir şərait yaradır ki, tədbirlər yüksək səviyyədə, böyük faydalılıq əmsalı ilə keçirilsin. Faydalılıq əmsalı haqqında danışmaq bəlkə də bir az tezdir, çünki COP29 baş tutub öz işini yekunlaşdırandan, databank yaradılsın və irada başbilən mütəxəssislər, ekoloqlar və b. həm hökumətlərin yanaşması ilə bağlı öz rəylərini versinlər, digər tərəfdən yığılan vəsaitlərin də həcmilə bağlı konkret planları işləyib ortaya çıxarsınlar ki, bizim qlobal iqlim uduş əldə etsin. Bütün bunlar insanların əlində olan bir şeydir. Qarayaxma kampaniyalarına baş qoşan insanlar yaxşı olar ki, özləri işlək mexanizmlər fikirləşsinlər, COP29-a bir əməli töhfələr gətirsinlər və digər tərəfdən anlasınlar ki, onlar Azərbaycana pislik etməkdən çox, bunu özlərinə etmiş olurlar. Belə bir tədbir kontekstində Azərbaycanı çaşdırmaq, ona problem yaratmaq cəhdləri hamısı onların nə dərəcədə primitiv, xaotik düşüncə sahibləri olmalarından xəbər verir. Göstərirlər ki, onlar mənəvi cəhətdən sözün əsl mənasında, müflisdirlər. Onlarln müflisliyi bizim problemimiz deyil. Biz öz işimizi yaxşı bilirik və nəticədə də COP29-u elə bir tərzdə keçirəcəyik ki, üzümüz ağ, qamətimiz dik olacaq və heç kəs bizə bir "əmma" deyə bilməyəcək. Çünki biz özümüz yaşıl enerji strategiyasını həyata keçiririk, milli iqtisadiyyatımızda ənənəvi enerji mənbələrinin istismarını get-gedə azaldırıq ki, alternativ mənbələrdən daha çox istifadə olunsun və bununla da Dünya birliyi qarşısında həm təşkilatçı kimi, həm də müasir düşüncə sahibi, elitası olan ölkə kimi vəzifələrin nədən ibarət olduğunu və onların həyata keçməsi üçün nələri etməli olduğumuzu göstəririk".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
olaylar.az

10Mənbələr