AZ

Avstriya Ukrayna və Rusiyaya səsləndi: Hazırıq, gəlin

Avstriya ATƏT-in mənzil-qərargahının yerləşdiyi dövlət kimi Ukrayna məsələsi üzrə danışıqlar platformasına çevrilməyə hazır olduğunu bildirir.

Publika.az xəbər verir ki, bu barədə respublikanın kansleri Karl Nehammer məlumat verib.

“Biz Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına hazır olması barədə bəyanatlarını nəzərə alırıq”, - deyə Avstriyalı siyasətçi bildirib.

Bundan əlavə, Nehammer vurğulayıb ki, danışıqlar zamanı Avstriya beynəlxalq hüquqa əsaslanacaq ədalətli sülhü dəstəkləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
publika.az

1Mənbələr