AZ

Finlandiya Kosovonun NATO-ya üzvlüyünü dəstəklədi

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Kosovonun NATO-ya üzvlüyünü dəstəkləyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Kosovo baş nazirinin müavini, xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars paytaxt Priştinada Xarici İşlər Nazirliyinin binasında finlandiyalı həmkarı Valtonen ilə görüşüb. Nazirlər ikitərəfli və nümayəndə heyəti görüşlərindən sonra birgə mətbuat konfransı keçiriblər.

Valtonen Kosovonun Avro-Atlantik inteqrasiyasını və Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşması istiqamətində dialoqu dəstəklədiklərini bildirib.

Aİ və Qərbi Balkan ölkələrinin xarici təhlükəsizlik siyasətlərində əməkdaşlığı gücləndirməli olduğunu bildirən Valtonen, "Biz Kosovonun müstəqilliyini əldə etdiyi gündən AB üzvlüyünü dəstəkləyirik və Kosovonun NATO-ya üzvlüyünü də dəstəkləyirik. Finlandiya da işə hazırdır.”

Görüşdə Rusiyanın Ukraynaya təcavüzünü də müzakirə etdiklərini bildirən Valtonen Ukraynanın ehtiyac duyduğu müddətcə Finlandiya tərəfindən dəstəklənəcəyini də əlavə edib.

Gervalla-Şvars onu da bildirib ki, Valtonenlə görüşündə əsas diqqəti Ukraynadakı müharibə də daxil olmaqla, Avropadakı mövcud problemlərə yönəldiblər.

Valtonenin səfərinin Kosovo ilə Finlandiya arasında güclü və kəsilməz əlaqələrin və yaxın əməkdaşlığın göstəricisi olduğuna diqqət çəkən Gervalla-Schwarz, “Mən Finlandiyaya Kosovoya verdiyi bütün dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Müstəqil və demokratik dövlət quruculuğuna gedən çətin günlərdə “Biz birlikdə təhlükəsiz, azad və demokratik Avropa qurmağa davam edəcəyik”.

Valtonen Kosovoya səfəri çərçivəsində Kosovo prezidenti Vjosa Osmani və baş nazir Albin Kurti ilə də görüşüb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
31
2
turkustan.az

3Mənbələr