AZ

Rusiyada mal əti qıtlığına görə maralçılığı inkişaf etdirmək təklif olunur

Rusiya hakimiyyəti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün maralıçılığı inkişaf etdirməlidir.

Azpost.info xəbər verir ki, bu Federasiya Şurasının Federal struktur, regional siyasət, yerli idarəetmə üzrə komitəsinin sədr müavini Anatoli Şirokov bildirib.

Onun fikrincə, bu sənayeni turistləri cəlb edən mədəni-iqtisadi kompleks kimi qəbul etməyi dayandırmaq və onu dövlət nəzarətinə almaq lazımdır.

“Maralıçılıq bu çətin ərazilərdə kiçik və orta sahibkarları işlə təmin etməyə və ölkəmizdə ərzaq təhlükəsizliyi problemlərinin həllinə öz töhfə verməyə imkan verəcək. Rusların rasionundakı 40 faizlik mal əti qıtlığının müəyyən hissəsini bu məhsul əvəz edə bilər”, – senator deyib.

Eyni zamanda, Şirokov etiraf edib ki, ölkədə bu növ ətin sənaye miqyasında istehsalı üçün heç bir şərait yoxdur: “Bu gün maralçılıqda rentabellik aşağıdır, müasir kəsim kompleksləri sistemi yoxdur, maral xammalının keyfiyyəti aşağıdır. Maral ətinin əsas hissəsi, necə deyərlər, diz üstə kəsimlə əldə edilir. Bununla ət məhsullarının bütün sanitar xüsusiyyətlərini saxlamaq çox çətindir”.

Azpost.info

 

Seçilən
147
azpost.info

1Mənbələr