Rusiyanın Ermənistandakı səfiri cənab Sergey Kopırkin dərin çaşqınlıq içindədir, xəyal görür.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Arman Yeqoyan deyib.
“Səfir Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası haqqında çox yanlış məlumat və təsəvvürə malikdir. Ümumiyyətlə, heç bir dövlətdəki bütün xarici varlıqlar kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olmur”. - Yeqoyan bildirib.
Rusiyalı səfir bundan öncə AB-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının Azərbaycan, İran və ölkəsinə qarşı kəşfiyyat məlumatları toplamaqda ittiham edib.
Müəllif: Mənsur Rəğbətoğlu