AZ

Mişel Barnye Fransanı yeni baş naziri təyin olunub

Mişel

Bakı, 5 sentyabr, AZƏRTAC

Fransa prezidenti Emmanuel Makron sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnyeni yeni baş nazir təyin edib və ona birlik hökumətini qurmağı tapşırıb

AZƏRTAC xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Makron üçün əsas meyarlardan biri əsas siyasi qüvvələrin yeni kabinetə etimadsızlıq votumu təqdim etməkdən imtinası ilə bağlı konsensusudur. Əgər sol “Yeni Xalq Cəbhəsi” koalisiyasından olan deputatlar hələ də təklif etdikləri namizəddən başqa hər hansı namizədi bloklamaqla hədələyirlərsə, “Milli birlik" qrupu və respublikaçılar Barnye haqqında hələ birmənalı danışmırlar. “Milli birlik”dən olan bir sıra deputatlar isə yeni baş nazirin gələcək siyasi proqramla bağlı bəyanatını gözləməyə çağırıblar.

Mişel Barnye hökumət başçısı postunda 2024-cü ilin yanvarında bu vəzifəyə təyin edilmiş və Fransa tarixində ən gənc baş nazir olmuş 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

Seçilən
152
50
azertag.az

10Mənbələr