AZ

"Prezidentin Kəlbəcərə səfəri artıq iqtisadi səfərdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İlk növbədə ona fikir vermək lazımdır ki, Prezidentin Kəlbəcərə səfəri artıq iqtisadi səfərdir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, iqtisadi səfər investisiya səfəridir: "Bölgəyə maliyyə axınının təmin olunması səfəri, əlbəttə ki, bunlar həm də bölgəyə sabitliyin gətirilməsi səfəridir.

Prezident İlham Əliyev yenə yarım hərbi geyimdə bəzi mesajları verir. Azərbaycanın hündür dağ rayonlarından olan Kəlbəcərin Azərbaycana inteqrasiyasının real mənzərəsini Prezident ortaya qoydu. Həm "İstisu" qəsəbəsinin açılışı əhalinin qayıtması prizmasından, həm də bölgədə iş təminatı ilə bağlı Mineral Su Zavodunun açılması, həm yaşayış komplekslərinin əsasının qoyulması və ya tikintisi ilə tanışlıq, həm modul tipli məktəblərin tikintisi ilə tanışlıq, bütövlükdə Kəlbəcərə gediş-gəliş üçün inşa olunmuş dağ tunellərinə baxışlar bir çox məsələləri özündə əks etdirir.

O cümlədən, Prezident İlham Əliyev və xanımı Xudavəng Monastrına da getdilər. Bu, çoxçeşidli bir siyasi baxışı ortaya qoyur. Amma maraqlı məqam odur ki, Prezident də parlament seçkilərindən bir gün sonra bir növ öz seçimini edir. Seçimində yenə azad torpaqlar var, Vətənə qayıdış məsələləri dayanır, Ermənistana verdiyi mesajlar var. Amma bunun da nöqtəsində qalibiyyətin təntənəsini həm də xalqı ilə birgə, sadə zəhmət insanları ilə fotolar, qucaqlaşması, səmimi görüntülər Prezident-xalq birliyinin də nəticəsi kimi azad olunmuş torpaqlarda qeydiyyatdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
64
1
sia.az

2Mənbələr