AZ

Türkiyədə 100 minlik qızıl oğurladıqları "şərik"lərini Bakıda qaçırıb döydülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtda quldurluq etməkdə ittiham olunan Hüseyn İmanov, Babək Əhmədov və Nurəddin Şıxəliyevin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin ifadəsi dinlənilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş Həsən Əhmədova qarşı törədilən quldurluq, bir müddət əvvəl onların Türkiyədə birlikdə oğurladığı qızıl-zinət əşyalarına görə olub.
Zərərçəkən ifadəsi zamanı bildirib ki, o təxminən bir il əvvəl Türkiyədə olarkən təqsirləndirilən Nurəddin Şıxəliyev və daha başqa iki nəfərlə birlikdə dəyəri təxminən 100 min manatlıq qızıl oğurlayıblar. Aralarında olan şərti danışığa görə oğurluqda iştirak edən hər bir şəxsə 2 min manat verilməli imiş. Qızıllar isə müvəqqəti olaraq Həsənin Türkiyədə yaşadığı bacısının evində gizlədilib. Təqsirləndirilən şəxslərdən Nurəddin Şıxəliyev dostları Babək Əhmədov və Hüseyn İmanovla birlikdə öncədən planlaşdıraraq Həsəndən qızılları almaq qərarına gəliblər. Onlar Həsənin yaşadığı ünvanı öyrənərək Hövsan qəsəbəsinə gediblər. Onunla söhbət etmək üçün çayxanada görüşüblər. Orada bir qədər mübahisə etdikdən sonra onlar Həsəni Ramana qəsəbəsi ərazisindəki kafelərdən birinə aparıblar. Nurəddin oğurlanan qızılların ona çatacağını bildirərək Həsəndən qızılları Türkiyədən qardaşı vasitəsiyə təcili gətirməsini tələb edib. Həsən buna etiraz etdikdə isə onlar ona təpik və yumruqla zərbələr endiriblər. Həsən qorxusundan oradan qaçaraq yaxınlıqdakı mağazalardan birindən kömək istəyib. İnsident barədə polisə məlumat verilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) 144.2.3 (adam oğurluğu) və 180.2.5 (soyğunçuluq) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Məhkəmə prosesi 26 sentyabradək təxirə salınıb.
Seçilən
93
18
oxu.az

10Mənbələr