AZ

Azərbaycan qlobal trendləri müəyyənləşdirən ölkələrdən biridir- ÖZƏL

"Əlbəttə, Qərb Azərbaycanın güclənən nüfuzunu həzm edə bilmir. Təbii  ki, Qərbdə olan bütün ölkələr buna aid deyil. Cənab Prezidentin İtaliya səfəri də göstərir ki, bu gün Azərbaycanın özəlliklə Mərkəzi və Cənub-Şərqi  Avropada kifayət qədər güclü mövqeləri var. Sadəcə olaraq Qərbin müəyyən lobbist dairələri və neoimperialist təşkilatları Azərbaycanın güc faktoru olmağını qısqanclıqla qəbul edir, bunu həzm edə bilmir və buna görə də ölkəmiz əleyhinə çox ciddi və güclü kampaniyalar həyata keçirir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gözlənilən idi ki, COP29 ərəfəsində Azərbaycana qarşı dezinformasiya hücumlarının sayı çoxalsın və ölkənin beynəlxalq imicinə xələl gəlsin. Eyni zamanda ölkənin daim dünyada yaşıl enerjini təşviq edib ekoloji məsələlərə həssas yanaşması müəyyən qərbli dairələrin qıcığına səbəb olur. Onlar da bu qıcıqlarını COP29 ərəfəsində ən üst və maksimum səviyyədə nümayiş  etdirməklə prosesə necə bəsit və cılız yanaşdıqlarını göstərirlər. Konkret qruplar və dairələr var ki, erməni lobbisinin ötürdüyü tezislər vasitəsilə Azərbaycan əleyhinə idbar  iyrənc dezinformasiya kampaniyası aparırlar. Amma təbii ki, bunların bizim ölkəmizə heç bir təsiri   ola bilməz. Çünki bu gün Azərbaycan qlobal trendləri müəyyənləşdirən, dünyada qlobal məsələlərin əsas müzakirə platforması halını alan ölkələrdən biridir və heç kim bizə hansısa məsələlərdə diktə edə  bilməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
121
olaylar.az

1Mənbələr