ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “çox iddialı planı” olduğunu bildirib. Tramp bu barədə YouTube-da süni intellekt üzrə ixtisaslaşmış SSRİ əsilli amerikalı alim Leks Fridmana müsahibəsində deyib.
"Bu planları indi elan etsəm, uğur qazana bilməyəcəklər. Bu planların gerçəkləşməsi üçün bir növ sürpriz effekti olmalıdır. Anlaşma haqqında çox danışmayacağam, çünki düşünürəm ki, bu planların həyata keçirlməsinin yeganə yol seçkidə qalib gəlməyimdir” - deyə o bildirib.
Tramp həmçinin bildirib ki, hazırkı vəziyyətdə bu razılaşmanın əldə edilməsinin münaqişə başlamazdan əvvəl olduğundan daha çətin olacaq.
TAHİR