AZ

Çətənədən hazırlanan avtomobil oturacaqları sərxoşluq yaradırmı?

Avtomobillərdə dəri üzlüklü oturacaqlar qeyri-adi hesab edilmir. Təbii ki, söhbət süni dəridən gedir. 

Avtosfer.az xəbər verir ki, təbii dəridən olan oturacaqlar yalnız xüsusi sifarişlə premium avtomobillər üçün hazırlanır. İndi isə süni dərinin hazırlanma qaydası dəyişir. 
Süni dəri ucuz başa gəlsə də, onun hazırlanmasında neft məhsullarından çox istifadə edilir və ətraf mühitə ziyan dəyir. Almaniyanın Darmştad Texnologiya Universiteti çətənədən süni dəri hazırlanması üzərində işləyir.  Yekun məhsulun yaxın 4 ildə avtomobil sənayesində tətbiqi gözlənilir. 

Universitetdən bildirilib ki, bəşər sivilizasiyasının ilik illərindən çətənədən kəndir və parça toxumaq üçün istifadə edilib. Bu bitki suya və torpağa az tələbkardır, məhsulu bol olur. Ziyanvericilərin sirayət edə bilmədiyi bitki ekoloji baxımdan pambıqdan qat-qat zərərsizdir. Yeganə qüsur onun emalı üçün pambıqdan daha çox enerji tələb olunmasıdır. 

O ki qaldı, avtomobildəki sürücü və sərnişinlərdə narkotik sərxoşluğu yaranmasına, tədqiqatçılar bunu istisna edirlər. Çətənə ümumilikdə zəif təsirli narkotik bitkidir, emal prosesində isə narkotik aradan qalxır. İnsan çətənə tərkibli köynəyi geydikdə sərxoş olmadığı kimi, çətənə tərkibli oturacaq da heç kimin ağlını başından almayacaq.

Vüqar Yaşaroğlu 

Seçilən
114
avtosfer.az

1Mənbələr