AZ

Azərbaycanda meymunçiçəyi virusuna görə karantin OLACAQ? - Nəzarət GÜCLƏNDİRİLDİ

Azərbaycanda bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.Bəs Azərbaycanda meymunçiçəyi xəstəliyinə görə karantin elan edilə bilərmi? Mövzu ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:"Azərbaycanda meymun çiçəyi ilə bağlı bugünkü epidemioloji vəziyətdə karantinə ehtiyac yoxdur. Amma nəzarət gücləndirilməlidir. Trans sərhəd-keçid zonalarında, insanlar arasında maarifləndirmə tədbirləri aparılmalıdır. Bütün bunlar çox vacibdir. Amma trans sərhəd-keçid zonalarına nəzarət diqqət etmək lazımdır. Yəni xəstə adamların gəlməsinin qarşısı mümkün qədər alınmalıdır. Karantinin özünün kriteriyaları var. Əgər bir neçə şəxsdə yaxud ayrı-ayrı regionlarda olan insanlarda bu xəstəlik varsa, karantin elan oluna bilər. Çalışmalıyıq ki, bu olmasın. Amma nəzərə alaq ki, qarşıda beynəlxalq tədbir var. Bu tədbirdə bu tip yoluxanların qarşısını almaq problemlər yarana bilər. Hər halda bununla bağlı müəyyən addımlar atılacaq. Amma yoluxmalar istisna deyil".

Seçilən
118
dia-az.info

1Mənbələr