Rumıniya hökuməti "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi haqqında qanunu təsdiqləyib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Rumıniya prezidenti Klaus İohannis "Patriot" zenit-raket kompleksinin Ukraynaya verilməsi haqqında qanunu imzalayıb.
Qanuna əsasən, Rumıniya hökuməti ABŞ-dən daha bir "Patriot" hava hücumundan müdafiə sistemi almaqla, hava hücumundan müdafiə imkanlarını bərpa etmək üçün lazımi addımları atmaq səlahiyyətinə malikdir.
Gülşən Şərif