AZ

Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

“Report”un xəbərinə görə, Xalq artisti bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib. O, müraciətində klinika tərəfindən ona mənəvi zərərin ödənilməsini tələb edib.

Onun müraciəti hakim Nigar Nəbizadənin icraatına verilib. Müraciətə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, bu il iyul ayında “Medera Hospital”da Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
15
korrespondent.az

10Mənbələr