AZ

“Referendum keçirmək hələ tezdir” - Ermənistan Aİ üzvlüyünü istəyir, amma

“Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək hələ tezdir, lakin Avropaya inteqrasiya prosesi tam sürətlə gedir və hansısa mərhələdə, təbii ki, referendum olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan deyib.

Onun sözlərinə görə, “yolun birinci kilometrini keçmədən ikincini keçmək mümkün deyil”: “Aİ müxtəlif qurumlardan ibarətdir. Məsələn, Avropa Parlamenti, Ermənistan kimi inteqrasiya tərəfdarıdır Lakin deyək ki, Avropa Komissiyası bu məsələyə texniki səviyyədə baxır”.

“AzPolitika.info”

Seçilən
62
azpolitika.info

1Mənbələr