AZ

Premyer Liqa klubuna keçməmək üçün görün nə etdi

"Lion"un cinah oyunçusu Ernest Nuama "Fulhem"ə keçidinin qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə " L'Equipe" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar arasında sövdələşmə transfer pəncərəsinin son günündə razılaşdırılıb. Lakin futbolçu Fransa klubundan ayrılmaq istəməyib. Bununla əlaqədar olaraq o, transfer başa çatmamış tibbi müayinə zamanı ağlayıb. Daha sonra yoxa çıxıb və zənglərə cavab verməyib. Nəticədə Premyer Liqa klubu ilə sövdələşmə baş tutmayıb.

Qeyd edək ki, 20 yaşlı qanalı 2023-cü ilin yayından “Lion”da çıxış edir. O, komandanın heyətində 35 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Heybət

Seçilən
107
publika.az

1Mənbələr