AZ

"Qələbədən danışa bilmərik" - Rus generaldan etiraf

Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinovun Rusiyanın artıq Xüsusi Hərbi Əməliyyatda qalib gəlməsi ilə bağlı sözlərini şərh edib.

Bakupost.az NEWS.ru-ya istinadən xəbər verir ki, parlamentari Alaudinovun bu bəyanatı vaxtından əvvəl verdiyini deyib.

“Qələbə barədə danışmaq hələ tezdir. Xüsusi Hərbi Əməliyyat məqsədi Ukraynanın denafikasiya və demilitarizasiyasıdır. İnanıram ki, bizim bütün Ukraynanı faşistlərdən azad etməkdən başqa yolumuz yoxdur”, - deyə deputat qeyd edib.

Sobolev əvvəlcə Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə çatmağa və yalnız bundan sonra qələbə haqqında danışmağa çağırıb.

Zaur
BakuPost
Seçilən
105
bakupost.az

1Mənbələr