AZ

ABŞ Rusiya mediasına qarşı sanksiyalar tətbiq edib - SİYAHI

ABŞ Maliyyə Nazirliyi Rusiyanın bir sıra media strukturlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edərək, onları ABŞ-dəki prezident seçkilərinə təsir etmək cəhdində ittiham edib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.  Sanksiyalar “Rossiya Seqodnya” media qrupuna və onun törəmə şirkətlərinə: RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-ə təsir edib. ABŞ Ədliyyə Nazirliyi RT-nin iki əməkdaşını Xarici Agentlər Qanununu pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Departamentin məlumatına görə, onlar sosial şəbəkələrdə rusiyapərəst təbliğatın yayılmasına az qala 10 milyon dollar xərcləyiblər.

“Rusiya hökumətinin media qurumları Birləşmiş Ştatların seçki proseslərinə və institutlarına etimadı sarsıtmaq məqsədilə dərin saxtakarlıqlar və dezinformasiya kimi müxtəlif vasitələrdən istifadə edib”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Seçilən
69
1
manset.az

2Mənbələr