AZ

Atəşkəs razılaşması olsa, İsrail 800-ə yaxın fələstinli məhbusu azad edəcək

Qəzzada HƏMAS-la atəşkəs razılaşması əldə olunarsa, İsrail hakimiyyəti 800-ə yaxın fələstinli məhbusu israilli girovlar müqabilində azad edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmilərindən birinə istinadən yazıb.

Mənbənin məlumatına görə, HƏMAS-ın əlində olan israillilərin müqabilində ömürlük həbsə məhkum edilənlər də daxil olmaqla 800 fələstinli məhbus azad ediləcək.

Qəzza zolağında münaqişənin sülh yolu ilə həlli planının üç mərhələsinin birincisində 18-32 nəfərin azad ediləcəyi gözlənilir.

“Axios” ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantını təqdim etmək niyyətindədir.

Azpost.info

Seçilən
79
azpost.info

1Mənbələr