AZ

Zaxarovadan Simonyanla bağlı qərara təpki: “Cavab veriləcək”

ABŞ-ın Rusiyanın dövlət media qurumlarına qarşı sanksiyaları ilə bağlı əks tədbirlər hazırlanır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Sentyabrın 4-də ABŞ “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti”, “Russia Today” (RT), “Sputnik” və “Ruptly”yə sanksiya tətbiq etdiyini açıqlayıb. Yeni sanksiyalar həm də “Rossiya Seqodnya” və RT-nin erməni əsilli baş redaktoru Marqarita Simonyana da şamil edilib.

“Əlbəttə, cavab veriləcək”, - Zaxarova qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
151
teleqraf.com

1Mənbələr