Boliviyanın qərbində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 208 min əhalisi olan Oruro şəhərindən 128 km cənubda yerləşir.
Ocaq 223 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az