"Azerconnect Group" şirkəti IT Testing Engineer/ IT Test etmə üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək
- Yeni və mövcud xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması
- Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək
- Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək
- Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq
- Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək
- Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək
- Daxili qaydalara və prosedurlara riayət etmək
- TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək
Vəzifənin tələbləri:
- Bakalavr dərəcəsi (texniki sahəyə üstünlük verilir)
- Mobil şəbəkə üzrə biliklər arzu olunandır
- Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər
- Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər
- Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir
- Mobil rabitə sahəsində 1 il iş təcrübəsi
- Java, JavaScript (başlanğıc) / HTML
- UNIX/Linux
- PL/SQL Proqramlaşdırma bilikləri
- Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
Bizim dəyərlərimiz:
* Müştəriyə xidmət edək: Öncə müştəri
* Birlikdə hərəkət edək: Hər zaman komanda işi
* Etibarlı davranaq: Etibarlı və şəffaf
* Fikrimizi bildirək: Cəsarətli və çağırışçı
* Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi
Biz nə təklif edirik?
* Rəqabətli kompensasiya
* Performans əsasında həvəsləndirici və bonuslar
* Əlavə imtiyazlar
* Performansa əsaslanan mədəniyyət
* Müxtəlif təhsil və inkişaf imkanları
* Karyera inkişaf imkanı
* Hibrid iş imkanı
* Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
* Innovativ məhsullar və rəqəmsallaşma
* Beynəlxalq təcrübə
* Yüksək bacarığa malik peşəkar komanda
* Kross-funksional əməkdaşlıq
* Təcrübə mübadiləsi
Funksiya: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə İdarəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Son müraciət tarixi: 23.09.2024
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.
Müraciət üçün LİNKƏ daxil olun.