AZ

"İnsan daha çox qazandıqca özünü daha artığına layiq görməlidir" — AÇIQLAMA

Ətrafımızda müəyyən şəxslər olur ki, onlardan kimsə uğur qazanıb irəli gedir, kimlərsə stabil olaraq öz yerində dayanır, kimlərsə də daha aşağıda qalırlar və heç oxuyub təhsil də ala bilmirlər. 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Gulnar Orucova deyib. O bildirib ki, uğurlu insan həmişə yüksək yerləri fəth edir:

“Zirvələri fəth edən insanlar haqqında həmişə müəyyən olar, olmaz doğru-yalnış fikirlər səsləndirilir. Bəzən  onların yüksəlməsində hər hansı bir səbəblər axtarırlar. Hətta müəyyən sahədə yüksəlmiş bir xanıma bəzən şər, böhtan qara yaxa bilirlər. Bəzən görürük ki, heç tanımadığımız bir insanı biz  şəxsən tanımırıq, sadəcə sosial şəbəkə üzərindən  görmüşük, amma o adama fikir bildiririk, haqsız çıxarırıq, layiq olmadığı söz deyirik. Bu bilirsinizmi nədir? Bu bizim içimizdə olan kin, nifrət və bizim əldə edə bilməyəcəyimizi o əldə etdiyi üçün bizim həmin şəxsə qarşı aqressiyamız, kinimizdir. Aqressiya ele bir duyğudur ki, kin və nifrət ruhunu bürüyür və bu fonda kin və nifrət aqressiyaya çevrilir. Bu da dağıdıcı təsir gücünə malikdir. Aqressiyanın ən zəif dağıdıcı təsir gücü sosial şəbəkələrdə yazılan yazılardır. Sadəcə indiki zamanda aqressiyanın ən sürətli yayılan növü  tanımadığımız insanlar haqqında fikir yürütməkdir. Bəli, bir insanın bu gün məvacibi yüksəkdirsə, biliriksə həmin adamın maaşı yüksəkdirsə və o bahalı köynək alıb geyə, bahalı maşın sürə, bahalı çanta ala bilər. Bu normaldır. Çünki insan daha çox qazandıqca özünü daha artığına layiq görməlidir. İnsan öz ruhuna dəyər verməlidir”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
161
demokrat.az

1Mənbələr