AZ

“Pokrovskun üstündən xətt çəkmək hələ tezdir” - “Şəhərə yaxınlaşa bilərlər, amma...”

“Hesab edirəm ki, bu hücum kampaniyasında onların Pokrovsku işğal etməyə gücü çatmayacaq”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Dmitri Jmaylo yerli mətbuata açıqlamasında deyib.

Ekspert hesab edir ki rusların şəhərə yaxınlaşması mümkündür, amma onu işğal etməyə hələ gücləri çatmayacaq: “Ona yaxınlaşa biləcəklərmi? Məncə, bu mümkündür. Bəs Selidovodan keçə biləcəklərmi? Düşmən Selidovo (Pokrovsk yaxınlığındakı yaşayış məntəqəsi-red.) ilə məsələni həll etməyincə, cinahdan zərbə almamaq üçün Pokrovska hərəkət edə bilməyəcək. Buna görə də, necə deyərlər, Pokrovskun üstündən xətt çəkmək hələ tezdir. Burada əsas sual odur ki, ruslar kifayət qədər qüvvə və ehtiyat yaradacaqlarmı?”

Ekspert qeyd edib ki, Rusiya cənub cəbhəsindən qüvvələrini çəkib Pokrovska gətirməyə qorxur, çünki orada Ukraynanın hücumu başlaya bilər. Hətta bu barədə bir müddət əvvəl həbsxanadakı İqor Qirkin də xəbərdarlıq edib. Çünki ukraynalılar Azov dənizinə dəhliz açmaq ideyasından vaz keçməyiblər. Eyni zamanda, Rusiya Kurskda da nəyəsə nail olmalıdır və buna görə dilemma qarşısında qaldığı üçün bütün qüvvələrini Pokrovska atması onun üçün risklidir.

“AzPolitika.info”

Seçilən
114
azpolitika.info

1Mənbələr