AZ

Ukrayna üzərindən qaz tranziti Avropanın yardımlarından asılıdır - Putin

Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli, əsasən Kiyevə göstərilən maliyyə və hərbi yardımdan faydalanan Avropa ölkələrinin mövqeyindən asılıdır.

Fins.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında səsləndirib.

Putinin sözlərinə görə, “Qazprom”un Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqaviləsi 2024-cü ildə başa çatır və Kiyev bu müqaviləni yeniləmək niyyətində olmadığını bəyan edib.

"Biz tranzitdən imtina etmək niyyətində deyilik, çünki həm biz, həm də “Qazprom” şirkəti uzunmüddətli müqavilələrimiz olan müştərilərimiz qarşısında öhdəliklərimizi yerinə yetirməkdə qərarlıyıq. Mövcud tranzit müqaviləsi bu ilin dekabrın 31-də başa çatır, lakin Ukrayna bu tranzitdən imtina edərsə, biz onları buna məcbur edə bilmərik," - deyə Rusiya prezidenti vurğulayıb.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
fins.az

1Mənbələr