AZ

Xarkovda məcburi evakuasiya başlayıb

Ukrayna hökuməti Xarkov vilayətinin Kupyanski rayonunda əhalinin məcburi təxliyəsi prosesini bərpa edib. Bundan imtina ediləcəyi təqdirdə yerli sakinlərin su, işıq və qaz təchizatı dayandırılır. 

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi-mülki administrasiyasının müdafiə və təhlükəsizlik üzrə müavini Yevgeni Lisnyak brifinq zamanı danışıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news365.az

1Mənbələr