AZ

OnePlus 13-ün nə zaman təqdim ediləcəyi rəsmi şəkildə açıqlanıb

     OnePlus şirkəti yeni flaqman smartfonunun təqdimatına hazırlaşdığını rəsmi şəkildə təsdiqləyib. Şirkət bu barədə məlumatı BOE IPS 2024 adlı tədbirdə təqdim edib. Təbii ki, söhbət, OnePlus 13-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş rəsmi məlumata əsasən OnePlus 13 smartfonu artıq gələn ay təqdim ediləcək. Smartfon ilk növbədə Çin bazarında təqdim olunacaq.     Onun qlobal versiyasının təqdimatını isə gələn ilin əvvəli üçün gözləmək lazımdır. Son məlumat sızıntılarına əsasən OnePlus 13 smartfonu 2K keyfiyyəıtli ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 50 MP-lik əsas arxa kamera ilə 6000 mAh və ya ondan daha böyük həcmli batareyanı birləşdirməlidir. Gözləntilərə əsasən OnePlus 13 maksimal konfiqurasiyada 24 GB RAM-a və 1 TB-lıq daxili yaddaş həcminə sahib olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
technote.az

1Mənbələr