Huawei şirkəti növbəti qlobal tədbirini anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən onun qlobal bazar üçün nəzərdə tutulmuş növbəti təqdimat tədbiri 19 sentyabr tarixində baş tutacaq. Təqdim edilmiş posterdə üstəlik həmin tarixdə təqdim ediləcək məhsullardan biri də əks olunub. Söhbət, smart saatdan gedir. Gözləntilərə əsasən şirkət 19 sentyabr tarixində qlobal bazarda Huawei Watch GT 5 adlı yeni smart saatını təqdim edəcək. Sözügedən smart saat qlobal bazarda iki versiyada satışa çıxmalıdır. Birinci versiya 41 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 46 mm-lik gövdə ölçüsünə sahib olacaq. Bununla yanaşı smart saatın gövdəsinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı güman edilir. Huawei Watch GT 5 barəsində digər bir məlumat yoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta