AZ

Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq

     Keçən həftə Google Play Market platforması yeniləndi bununla da istifadəçilərə yeni imkan təqdim edildi. Söhbət, Google Play Market üzərindən eyni anda bir neçə tətbiqin yenilənməsi və yüklənməsi imkanından gedir. Belə ki, istifadəçilər Google Play Market üzərindən eyni anda 3 ədəd tətbiqi yeniləyə və 2 ədəd tətbiqi yükləyə bilərlər. İndi isə məlum olub ki, Google öz platforması üzərindən eyni anda yenilənən və yüklənən tətbiqlərin say limitini artırmağı planlaşdırır.     Məlumata əsasən Google Play Market-də eyni anda yenilənən və yüklənən tətbiqlərin say limiti 4-ə yüksəlib. Lakin bu yeni say limiti hələ ki, məhdud sayda istifadəçi arasında test edilir. Beləliklə məhdud sayda istifadəçi Google Play Market üzərindən eyni anda 4 ədəd tətbiqi yeniləyə və yükləyə bilir. Bu öz növbəsində istifadəçinin yeni cihaz aldığı halda cihazın sürətli ayarlanmasında və çoxlu sayda tətbiqin tez zamanda yüklənməsində yardımçı olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
technote.az

1Mənbələr