Hollandiya tam hüquqlu tank batalyonunu xərcləri azaltmaq üçün ləğv edildikdən 13 il sonra bərpa etməyə hazırlaşır. Bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib.O qeyd edib ki, tank batalyonunun geri qaytarılması ölkənin silahlı qüvvələrinə sərmayə qoyuluşu üçün yeni dövrü simvollaşdırır.“Bu gün təhlükəsizliyimiz üçün tarixi bir gündür. Müasir tanklar müdafiə, hərəkətlilik və atəş gücünün unikal birləşməsini təklif edir. Məhz buna görə də ordu yenidən özünün tamhüquqlu tank batalyonuna sahib olacaq”, - Brekelmans X sosial şəbəkəsindəki səhifəsində yazıb."Army Recognition" portalının məlumatına görə, Hollandiya tank batalyonu Almaniyadan alınacaq təxminən 50 Leopard 2A8 tankından ibarət olacaq. Bunun illik 260 milyon avro ilə 315 milyon avro arasında başa gələcəyi gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta