AZ

Münhendəki İsrail konsulluğu yaxınlığında baş verən atışmanın təfərrüatları məlum olub

Münhendəki İsrail konsulluğu yaxınlığında baş verən atışmanın təfərrüatları məlum olub

Almaniya polisi İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında baş verən atışmanı terror aktı ehtimalından şübhələnir.Bu barədə “Focus-online” şəhər prokurorluğundakı mənbələrə istinadən xəbər verir."Müstəntiqlər ehtimal edir ki, şübhəli şəxs İsrail diplomatik missiyasına qarşı terror aktı törətməyə cəhd edib", - portal yazır.Sentyabrın 5-də səhər saatlarında İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atışma başlayıb. Atışma 1972-ci il Yay Olimpiya Oyunları zamanı Münhendə İsrail komandasının 11 üzvünün ölümü ilə nəticələnən terror aktının 52-ci ildönümündə baş verib.Bundan əlavə, Almaniya və Avstriya mətbuatının atəş açan şəxsin kimliyindən xəbərdar olduğu bildirilir. Onun Avstriyanın Zalsburqundan dövlət nömrə nişanlı avtomobillə Münhenə gələn 18 yaşlı Emra İ. olduğu ortaya çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
afn.az

1Mənbələr