AZ

QHT nədir və nə məqsədlə yaradılır?

Vətəndaş cəmiyyəti, QHT, İctimai Birlik (İB) sözlərini çox eşitsək də bəzi insanlar bu sözlərin dərindən fərqinə varmırlar. Bəs QHT nədir?

Hit.az “Hüququmuzu bilək” rubrikasında bu suala cavab verir.

Məsələ ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ölkəmizdə QHT-lər yalnız dövlətimiz tərəfindən maliyyələşdirilir:

“1997-ci ildə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq başlanılıb. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun qəbul olunub. QHT-lərin sayı hazırda 3 mindən çoxdur. Qeyri-Hökumət Təşkilatları (QHT) qeyri kommersiya məqsədli təşkilatlardır. Qeyri-Hökumət Təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. Qeyri-Hökumət Təşkilatları (QHT) əsasən qrantlar vasitəsi ilə maliyyələşirlər. Onlar həyata keçirdikləri layihələr barədə maliyyə hesabatları təqdim edirlər”. 

O bildirib ki, QHT-lər İctimai Birliklər və Fondlara bölünür:

“İctimai Birlik- ictimai əhəmiyyəti olan məsələləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Fondlar isəyardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.

Qeyd edək ki, QHT yaratmaq üçün Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır.

Murad
 

Seçilən
144
hit.az

1Mənbələr