2003-cü ildə Pavel Nedved, Tyerri Henri və Paolo Maldini qabaqlayaraq Qızıl Topu qazanıb.
News24.az xəbər verir ki, o vaxtdan bu mükafatlarda Messi və Kriştiano Ronaldo dövrü başlayıb.
2004-cü ildə başlayan bu dövr "France Football"un bu iki futbolçunu 2024-cü ildə "Qızıl top" mükafatına namizəd göstərməməsi ilə tarixə çevrilib.
Sonuncu "Qızıl top"u qazanan Messinin, eləcə də ötən il namizədliyi göstərilməyən Kriştiano Ronaldonun erası artıq başa çatıb.
20 ildir fərdi mükafatlarda dominantlıq edən ikilinin yerini gənc adlar alıb.
Qeyd edək ki, Messi-Ronaldo dövrünü təhdid edə biləcək yeganə ad Neymar idi. Son zamanlar Mbappe və Haalandın bu dövranı qıracaqları gözlənilib.
İndi isə siyahıda gənc futbolçular var. 17 yaşlı Lamine Yamal və 21 yaşlı Jude Bellingham kimi yeni istedadlarla yanaşı, Haaland, Vinisius və Mbappe kimi adlar da bu böyük mükafat uğrunda mübarizə aparacaq.
Biri ABŞ-a, digəri Səudiyyə Ərəbistanına gedən Messi və Ronaldo futboldan əl çəkməsələr də, hələ də futbolun beşiyi olan Avropadan uzaqlaşmağın bədəlini ödəyirlər.
Xülasə, onların erası bitib. Dünya futbolu yeni dövrün adını oktyabrın 28-də öyrənəcək.
Məryəm İlhamqızı