Təbii ki, bu transfer ən müxtəlif səbəblərdən birmənalı reaksiua doğurmadı: dəstəkləyənlər də var, pisləyənlər də. Bu transferlə bağlı fikirlərini öyrənmək üçün menecer Tural Əsgərovla əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Kaşuk solaxay sağ cinah oyunçusudu. Ümumiyyətlə, bu transferin Zubirlə heç bir əlaqəsi yoxdu, hətta əks cinahdı. "Qarabağ" Kadi olanda da həmin cinah üçün oyunçu axtarırdı. Çünki Kadinidaha çox mərkəz yarımmüdafiəçi kimi görürdülər. Sağ cinahda oynayacaq solaxay müdafiəci tapılmadığindan Kadi o mövqedə məcbur oynayırdı. Yetərincə uğurlu oynadığına görə "Qarabağ"in axtarışı bir növ aktuallaşmırdı, ciddi şəkildə ictimailəşmirdi. Amma o vaxtdan bəri "Qarabağ" solaxay vinger axtarışındaydı. Nəhayət, bu yay alındı. Bildiyimə görə, Ağdam klubu Kaşukla hətta qışda da maraqlanıb. Transferin birbaşa iştirakçısı olmadığıma görə dəqiq deyə bilmirəm, amma Kaşuk da mətbuata açıqlamışdı ki, heç bir halda Azərbaycana gəlmək istəmir. Birmənalı şəkildə qeyd edirdi ki, növbəti dayanacağım Azərbaycan olmayacaq, Qərbi Avropada oynamaq istəyirəm. Görünür, sonradan da bu arzusunun dalınca gedib, amma alınmayıb. Buna görə də sonda "Qarabağ" variantına razılaşıb. İstənilən halda, hətta bu gün hazır deyilsə, bir ay sonra hazır olmayacaqsa belə, bu, üçillik transferdi. Müqavilə imzalayanda oyunçunun hazır olub-olmadığına baxmırlar, xüsusi bir hal yoxdusa. "Qarabağ" çoxdan axtardığı mövqeyə oyunçu tapıb və gözləntilər belədi ki, oyunçu uğurlu olmalıdı. Xeyirli olsun, sonra necə olacaq -bunu meydanda görərik”.
RÖYANƏ OĞUZ