AZ

Nazirlik Qazax rayonunda 876 min manata 15 mənzil alır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Nazirliyin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 9 ədəd 2 otaqlı və 6 ədəd 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirdiyi tenderin qalibi Ekaterına Mekhtıeva adlı şəxs olub.
Nazirlik 15 ədəd mənzil üçün Ekaterına Mekhtıevaya 876 min 3 manat ödəyəcək. Qazax rayonunda yerləşən bir ədəd mənzilin orta qiyməti 58 min 400 manat təşkil edir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 15 ədəd mənzil satacaq Ekaterına Mekhtıevaya barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında isə Ekaterına Mekhtıevanın fərdi sahibkar kimi qeydiyyatda olduğu (VÖEN - 2008647402) göstərilir.

Murad Məmmədov
Seçilən
145
yeniavaz.com

1Mənbələr